BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “AXCP-nin dırnaqarası mitinqinə “biabırçılığın təntənəsi” adını qoyardım”

“Azərbaycan Xalq Cəbhəsi Partiyası, əgər buna “partiya” demək mümkündürsə, ötən gün Milli Məclisin qarşısında qanunazidd mitinq təşkil etmək fikrinə düşmüşdü. Başda Əli Kərimli olmaqla fəalların, rəhbərlikdə təmsil olunan şəxslərin heç biri həmin aksiyaya gəlmədi. Biz orda yalnız bir neçə nəfər, onlardan da qat-qat sayca çox jurnalist və polis gördük. Çünki bu adamlar hələ də 1990-cı illərin ab-havasındadırlar. Hələ də düşünürlər ki, küçədə mitinqdə çığır-bağır salmaqla, onu-bunu, beyinlərini yedikləri bir qrup insanı qabağa verməklə nələrsə etmək mümkündür. Anlamırlar ki, artıq 2022-ci ildir. Azərbaycan o Azərbaycan deyil, artıq inkişaf etmiş, dünyada sözü sayılıb-seçilən dövlətlərdən biridir. Xalq-iqtidar birliyi var. Bunlar isə hələ də "naftalin qoxusu" verən siyasi platforma ilə, şüarlarla çıxış edir, bəyanatlar verirlər. Bu, çox təəssüf doğurur”.


Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Iskəndərov deyib.


Deputat bildirib ki, asayişin keşiyində duran polislərə qarşı aksiyada qadınların əl-qol atması, onlara xəsarət yetirməyə cəhd etmələri təəssüf doğurur və arzuolunan deyil: ““Siyasi partiyalar haqqında” qanun layihəsi Milli Məclisin rəsmi saytında yerləşdirilib və 40-a yaxın partiya artıq təklifini verib. Hətta AXCP-nin səlahiyyətlilərinin nəyi tələb etdikləri, nədən danışdıqları bəlli deyil. Çünki bu insanlar heç layihəni oxumayıblar, tanış da deyillər. Yalnız bəhanə lazımdır ki, insanları küçəyə çağırsınlar, onları qabağa verərək arxasında gizlənsinlər. Bunların hər biri qanunaziddir. Çünki “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun müddəaları var. Bakı Şəhər İcra Hakimiyyəti icazə verməmişdi, ona görə də mitinqin qarşısı polis tərəfindən alındı”.


V.İskəndərov deyib ki, Əli Kərimli və onun dəstəsinin üzvləri bu yoldan çəkinmələri, sivil mübarizə yolları seçərək daha mütərəqqi yollarla müxalifətçilik etmələri doğru olardı: “Bu dırnaqarası mitinqə, hətta “biabırçılığın təntənəsi” adını qoyardım. Sosial bazası olmadan boş-boş fikirlər, “istefa”, “azadlıq” şüarları səsləndirmək nə deməkdir? Kimə azadlıq? Nəyə azadlıq? Kimə istefa? 1989-1990-cı illərin meydan ab-havası ilə, arxaik olmuş şüar və fikirlərlə hələ də yaşayan insanları görəndə bilmirsən nə deyəsən, nə fikir yürüdəsən. Çünki biz sivil mübarizənin tərfdarıyıq. İqtidarlı, müxalifətli hər birimiz Azərbaycanın inkişafına çalışmalıyıq. Müxalifətin əsas rolu iqtidarın buraxdığı səhvləri görərək öz təkliflərini verməkdir. İqtidar da öz üzərində güclü müxalifət hiss edərək daha diqqətli çalışmalıdır. Təəssüf edirik ki, “müxalif” dediyimiz bu insanlar artıq bu missiyadan çıxıblar. Bu, müxalifətçilik deyil, konkret dövlətə, xalqa düşmənçilikdir.  Qarayaxma, mənasız fikirlərlə, köhnəlmiş şüarlarla hakimiyyətə alternativ olmaq, qtidar-müxalifət olmaq mümkün deyil. Bu gün Azərbaycan bütün sahələrdə inkişaf edən bir ölkədir. Bu inkişaf sürətlə gedir. Xalqın mütləq əksəriyyəti ölkə Prezidenti İlham Əliyevin ətrafındadır. O İlham Əliyev ki bu gün həm də sərkərdə adını daşıyır. Yüz illərlə qələbə dadmayan bir xalqa onun qəhrəman, igid oğulları ilə qələbəni daddırdı. Biz artıq müzəffər xalqıq. Yalnız tərəqqidən, inkişafdan danışırıq. Belə cılız, ucuz məsələlərlə bizi yolumuzdan döndərə bilməyəcklər”.

 

Aytəkin Qardaşova

Tarix: 1 Oktyabr 2022, 12:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin