BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Tərtərdə minaya düşərək yaralanan şəxslərin son durumu açıqlandı

Tərtər rayonunda minaya düşərək yaralanan şəxslərdən birinin vəziyyəti ağır, digərinin vəziyyəti isə orta-ağır olaraq qiymətləndirilir.


Bu barədə Pravda.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.


Bildirilib ki, Tərtərdə minaya düşərək xəsarət alan 1976-cı və 1990-cı il təvəllüdlü şəxslər qurumun tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər ikisi xəstəxanaya sol ayağın baldır nahiyəsinin travmatik amputasiyası, çoxsaylı qəlpə yaraları diaqnozu ilə daxil olub.


Hazırda hər iki pasiyent əməliyyatdadır.


Qeyd edək ki, oktyabrın 1-də Tərtər rayonunun Qızıloba kəndində mina partlayışı baş verib. Nəticədə rayonun Səhləbad kənd sakinləri - 1976-cı il təvəllüdlü Bayramov Rəfail Köçəri oğlu və 1990-cı il təvəllüdlü Cabbarov Nicat Novruz oğlu yaralanıb. Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Tarix: 1 Oktyabr 2022, 14:35   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin