BURADA REKLAMINIZ OLA
BİLƏR

BNA iqtisadçıya cərimə yazdı – “Pultoplama həvəsinizi içinizdə basdırın”

Bakı Nəqliyyat Agentliyi (BNA) iqtisadçı Natiq Cəfərliyə cərimə yazıb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə N.Cəfərli özü məlumat verib.

 

“Günorta 5 dəqiqə bir kafenin qarşısında dayanıb özümlə götürmək üçün kofe sifariş verdim, maşına əyləşib bir az gedən kimi parklanma ilə bağlı 20 manat cərimə gəldi. Halbuki, həmin yerdən tez-tez kofe alıram, heç vaxt cərimə gəlmirdi. Hörmətli qalstuklu müəllimlər, şəhər bom-boşdu, zatən küçəyə çıxan, maşın sürən azdı, heç olmasa bu günlərdə öz pultoplama həvəsinizi müvəqqəti də olsa içinizdə basdırın, parklanma kameralarını söndürün ki, camaata cərimə gəlməsin. Parklanma ilə bağlı cərimələrin fəlsəfəsini belə bilmirsiniz – cərimənin hədəfi pul yığmaq deyil, küçələrdə gediş-gəlişi asanlaşdırmaq, tıxacların qarşısını almaqdır. Bu günlərdə isə tıxac zad yoxdur! Anlayırsınız fərqi?!” – N.Cəfərli deyib.

Tarix: 22 Mart 2020, 22:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin