BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda əcnəbi şirkət rəhbəri əmək qanunvericiliyini pozdu

Bakıda iş adamı, Avstriya vətəndaşı Peter Radaya cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət sahibi barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Rauf Əhmədovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmə iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Avstriya vətəndaşı Peter Rada özünün yaratdığı “Money4You.Financial AG” adlı şirkətinin Azərbaycanda törəməsini 2019-cu ilin sonlarında təsis edib.

 

Həmin dövrdə şirkət Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən “Caspian Sport Plaza”da dövlət qeydiyyatına alınıb.

 

Kamal Məmmədov

Tarix: 3 Oktyabr 2022, 08:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin