BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Elmar Məmmədyarov hərbçilərlə bağlı yayılan görüntülərdən danışdı: “Sülh sazişi imzalananadək belə hadisələr davam edəcək”

“Ermənistanla sülh sazişi ilə bağlı ciddi danışıqlar aparmaq lazımdır. Ötən gün Cenevrədə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirildi. Sülh sazişi elementləri, delimitasiya və demarkasiya məsələsi ətrafında ciddi müzakirələr aparıblar. İnanıram ki, məsələlərin tam ciddiliyi ilə yerinə yetirilməsi, delimitasiya və demarkasiya məsələsi, saziş bağlanılması Ermənistan tərəfinin də maraqlarına uyğundur”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov hərbçilərimizin saxlanılmış erməni təxribatçılarına atəş açmasını iddia edən videogörüntülərinin yayılmasını şərh edərkən deyib.

 

E.Məmmədyarov videogörüntülərin ermənilərin və ya üçüncü qüvvələrin təxribatı kimi dəyərləndirilməsinə isə belə münasibət bildirib: “Hər şey ola bilər. Sülh sazişi imzalanana qədər belə hadisələr davam edəcək. Əgər Ermənistan tərəfi, doğrudan da, gələcəkdə bu cür hadisələrin olmasını istəmirsə, məsələdən ciddi yapışmalı, sülh sazişi imzalamaq istəməlidir”.

 

Aytəkin Qardaşova

Tarix: 3 Oktyabr 2022, 15:24   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin