BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişinlər Bakıya təcili tibbi yardım avtomobilində keçməyə cəhd etdilər – ŞOK VİDEO

Sərnişinlər Bakıya təcili tibbi yardım avtomobilində keçməyə cəhd ediblər.

 

Pravda.az-ın xəbərinə görə, sosial şəbəkədə bununla bağlı video paylaşılıb.

 

Polis sərnişinləri avtomobildən düşürüb. Sürücü isə sərnişinlərdən bəzilərinin Bakı qeydiyyatında olduğunu bildirib.

 

Qeyd: Martın 19-da saat 00.00-dan etibarən xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna buraxılması martın 29-dək dayandırılıb. Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sərnişindaşıma nəqliyyat vasitələrinin (avtobus, mikroavtobus, taksi və s.) ölkənin başqa şəhər və rayonlarından Bakı, Sumqayıt şəhərlərinə və Abşeron rayonuna sərnişin daşımaları qadağan olunur. Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı şəhərinə sərbəst giriş-çıxışına icazə verilir.

 

Tarix: 23 Mart 2020, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin