BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçildi

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqının Şurasına üzv seçilib.

 

Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, Rumıniyanın paytaxtı Buxarest şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransı keçirilir.

 

Konfrans çərçivəsində oktyabrın 3-də BTİ Şurasının 2023-2026-cı illər üzrə üzvlüyünə, həmçinin BTİ-nin Radio Tənzimləmə Komitəsinin 2023-2026-cı illər üzrə üzvlüyünə seçkilər keçirilib.

 

Kifayət qədər rəqabətli şəraitdə keçirilmiş seçkilərin nəticələrinə əsasən, Azərbaycan olduqca yüksək göstəricilərlə - 154 səslə BTİ Şurasının üzvlüyünə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin əməkdaşı Sahibə Həsənova isə 114 səslə BTİ-nin Radio Tənzimləmə Komitəsinin üzvlüyünə seçilib.

 

Azərbaycan XİN hər iki namizədliyə dəstək verən bütün dövlətlərə öz minnətdarlığını bildirir.

 

Qeyd edək ki, sentyabrın 26-da başlayan konfrans oktyabrın 14-də yekunlaşacaq.

Tarix: 3 Oktyabr 2022, 17:53   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin