BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazirlər Kabinetində Bakıda nəqliyyat sahəsinin vəziyyətinə dair müşavirə keçirildi - Baş nazir tapşırıq verdi

Oktyabrın 3-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə nəqliyyat sahəsində mövcud vəziyyətə, problemlərin və qarşıda duran vəzifələrin həllinə həsr olunan işçi müşavirə keçirilib.

 

Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə aidiyyəti qurumların rəhbərlərinin məruzələri dinlənilib, paytaxtda yol-nəqliyyat sahəsində mövcud problemlər geniş müzakirə olunub, qarşıda duran vəzifələrin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.

Fotoları təqdim edirik
Tarix: 3 Oktyabr 2022, 18:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin