BURADA REKLAMINIZ OLA
BİLƏR

Vahid Hacıyev: “Ağalıda bərpa-quruculuq işləri San-Marino Bəyannaməsinə uyğun olaraq aparılır”

"Zəngilan rayonunda yenidənqurma işləri BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə və San-Marino Bəyannaməsinə uyğun şəkildə aparılır".

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev oktyabrın 3-də BMT-nin Avropa İqtisadi Komissiyasının Şəhər, İnkişaf, Mənzil və Torpaq idarəçiliyi üzrə keçirilən 83-cü sessiyası çərçivəsində “İnklüziv, təhlükəsiz, dayanıqlı şəhərlər inklüziv və dayanıqlı şəhər dizaynı və memarlığı tələb edir” adı altında keçirilən panel müzakirələrində “Müharibədən sonrakı şəhər layihələndirməsi: Zəngilan nümunəsində təhlükəsizlik və dayanıqlılığın təmin edilməsi üçün çağırış və nəaliyyətlər” mövzusunda çıxışı zamanı bildirib.

 

O, işğaldan azad olunmuş Zəngilan rayonunda bərpa-quruculuq və əhalinin yenidən məskunlaşdırılmasına dair ölkəmizin təcrübəsini sessiya iştirakçıları ilə bölüşüb. Prezidentin xüsusi nümayəndəsi bütün bu işlərin görülməsində əsas məqsədin keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması, onların burada yaşaması üçün zəruri infrastrukturun yaradılması olduğunu qeyd edib.

 

V.Hacıyev həmçinin yenidəqurma zamanı qarşıya çıxan çağırışlar arasında ən önəmlisinin minalar və partlamamış hərbi sursatlardan təmizləmə və təhlükəsizliyin təmin edilməsi olduğunu, çağırışın ümumi yenidənqurma prosesini ləngitdiyini, lakin buna baxmayaraq, tətbiq olunan planlaşdırma və onun məqsədyönlü icrası ilə kifayət qədər çox işlərin artıq başa çatdığını vurğulayıb.

 

Zəngilan rayonunda ağıllı və dayanıqlı konsepsiyalara uyğun şəkildə tikilən Ağalı kəndi haqqında danışan xüsusi nümayəndə burada bütün lazimi infrastrukturun yaradıldığını və artıq 66 ailə, ümumilikdə 326 nəfərin köçürüldüyünü də vurğulayıb.

 

V.Hacıyev sonda tamamilə dağıdılmış Zəngilanın Baş Planının hazır olduğunu, gələcəkdə müasir yaşayış evləri, yüksək keyfiyyətli şəhər infrastrukturu ilə insanlar üçün rahat və dayanıqlı şəhər olacağını söyləyib.

Tarix: 3 Oktyabr 2022, 18:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin