BURADA REKLAMINIZ OLA
BİLƏR

Vilayət Eyvazovdan kadr təyinatı

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

 

Əmrə əsasən, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinin rəis müavini, polis polkovnik-leytenant Vahid Cəfərov sərəncama götürülüb.

 

Nazirin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin rəisi, polis mayoru Ana Hüseynov vəzifəsindən azad edilib.

 

O, DİN-in Baş Narkotiklə Mübarizə İdarəsinin Qərb Regional şöbəsinə rəis müavini təyin olunub.Oxu.az

Tarix: 23 Mart 2020, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin