BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL Səmərqəndə reyslərin yerinə yetirilməsinə başladı

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Özbəkistanın Səmərqənd şəhərinə aviareyslərin yerinə yetirilməsinə başlayıb.

 

Pravda.az-ın xəbərinə görə, Azərbaycan və Özbəkistan siyasi və iqtisadi əlaqələrin fəallaşması fonunda ölkələr arasında uçuşların coğrafiyasının genişləndirilməsi istiqamətində fəal işlərin görülməsini davam edirlər.

 

Belə ki, oktyabrın 4-dən Azərbaycanın milli aviadaşıyıcısı AZAL Özbəkistanın daha bir şəhərinə - Səmərqəndə reyslərin yerinə yetirilməsinə start verib.

 

Qeyd edək ki, Səmərqəndə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.

Tarix: 4 Oktyabr 2022, 21:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin