BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə qardaşlardan birini öldürüb, digərini yaralayan şəxslə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sərxan Dadaşovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sərxan Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin sentyabrında paytaxtın Qaradağ rayonunda baş verib.

 

Lökbatan qəsəbəsi ərazisində 24 yaşlı S.Dadaşov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı qəsəbə sakinləri - 23 yaşlı Kamil Cəfərovu öldürüb, onun qardaşı 20 yaşlı Samir Cəfərova isə bıçaqla xəsarət yetirib.

 

Daha sonra S.Dadaşov saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

 

Xatırlatma: Qətli törətməkdə şübhəli bilinən S.Dadaşovun taksi sürücüsü kimi fəaliyyət göstərdiyi, hadisənin qurbanı olan iki qardaşın isə ofisiant işlədiyi bildirilir.

 

Kamal Məmmədov


Tarix: 5 Oktyabr 2022, 09:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin