BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda “VAZ-2107”nin sürücüsü avtoxuliqanlıq etdi, avtomobil aşaraq “Daewoo”, “BMW”, “Mercedes” və “Kia”ya çırpıldı - FOTO

Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

 

Hadisə Cəfər Cabbarlı küçəsində baş verib.

 

“VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozaraq yüksək sürətlə yolda hərəkətdə olan Samir Talıbovun idarə etdiyi “Daewoo” markalı maşına çırpılıb.

 

Talıbova məxsus avtomobil isə yol kənarında dayanan “BMW” və “Mercedes” markalı avtomobillərə dəyərək dayanıb. “VAZ-2107” isə aşaraq yol kənarında dayanan “Kia” və “BMW” markalı maşınlara dəyib. Zərbə o qədər güclü olub ki, “VAZ”da olan sərnişin və sürücü müxtəlif bədən xəsarətləri alıb.

 

Sürücülərin APA-nın hadisə yerində olan əməkdaşına verdiyi məlumata görə, “VAZ”ı idarə edən şəxs avtoxuliqanlıq edib.

 

Hadisə yerinə Polis əməkdaşları cəlb edilib. Sürücülərin izahatı alınıb. Yol kənarında hərəkətsiz dayanan avtomobillər isə binada yaşayan sakinlərə məxsus olub. Avtotexniki ekspertiza təyin edilib.

Tarix: 5 Oktyabr 2022, 07:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin