BURADA REKLAMINIZ OLA
BİLƏR

Bu pensiyaçıların pensiyaları artırıldı

2022-ci ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu yaşa görə pensiya təyin olunduqdan sonra azı 6 il işləmiş 3344 pensiyaçının pensiyalarını yenidən hesablayaraq artırıb.

 

Nazirlikdən Pravda.az-a verilən xəbərə görə, həmin vətəndaşların pensiyalarına edilmiş bu artımlar üçün illik əlavə 4 milyon 662 min manat ayrılıb.

 

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, vətəndaş yaşa görə pensiya təyin olunduğu gündən sonra da işləməkdə davam edərsə, hər 6 ildən bir onun hesabında toplanmış pensiya kapitalı 72-yə (6 il × 12 ay) bölünərək onun pensiyasına əlavə olunur.

 

Məqsəd işləyən pensiyaçıların mənafelərinin daha dolğun təmin olunması, yaşa görə pensiyaya çıxdıqdan sonra işləməkdə davam edən şəxslərin sosial sığorta sistemində aktiv iştirakının stimullaşdırılmasıdır.

Tarix: 5 Oktyabr 2022, 10:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin