BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi: Ermənistanın Edillidəki kütləvi məzarlıqla bağlı iddiaları yalandır

Xocavəndin Edilli kəndində aşkarlanan növbəti kütləvi məzarlıqla bağlı Ermənistanın iddialarına cavab verilib.

 

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov deyib ki, Ermənistan bu meyitlərin guya Azərbaycan tərəfindən sonradan qoyulduğunu və kütləvi qətliam törətmədiklərini iddia edib.

 

“Lakin sümüklə torpağın qarışığına nəzər salsaq görərik ki, onların sonradan qoyulmasından söhbət gedə bilməz. Sadəcə olaraq qalıqların hamısının üstü təmizlənib və eləcə saxlanılıb. Qalıqlar bu gün, ya sabah götürüləcək. Məhkəmə tibbi-ekspertizası ayrı-ayrılıqda aparılacaq. 10-15 gün məhkəmə ekspertizası, bir o qədər də genetik araşdırma çəkəcək”, - direktor vurğulayıb.

 

APA

Tarix: 5 Oktyabr 2022, 10:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin