BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN uşaqlarla bağlı müraciət etdi

Daxili İşlər Nazirliyi uşaqlara qarşı kiberzorakılıqla bağlı valideynlərə müraciət edib.

 

Pravda.az xəbər verir ki, nazirliyinin sosial şəbəkələrdə yaydığı müraciətdə bunlar vurğulanıb:

 

- Virtual mühitdə diqqət edilməsi vacib olan məsələlərlə bağlı övladlarınıza məntiqli izahlar verin;

 

- Müasir texnologiyalardan istifadəni qadağa etmək əvəzinə, düzgün istifadə etməyi aşılayın;

 

- Sosial mediadan istifadə edərkən hesablarını nəzarətdə saxlayın və gizlilik qaydalarını öyrədin;

 

- Virtual mühitdə qarşılaşa biləcəyi təhlükə və riskləri başa düşəcəyi dildə deyin;

 

- Övladınıza sosial şəbəkədə hansısa bir təhdid və təhlükə ilə üzləşdikdə valideyni ilə bölüşə və polisə müraciət edə biləcəyini öyrədin.

Tarix: 5 Oktyabr 2022, 11:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin