BURADA REKLAMINIZ OLA
BİLƏR

Kəlbəcər və Daşkəsəndə minalar zərərsizləşdirildi

Kəlbəcər və Daşkəsəndə aşkar olunan növbəti minalar zərərsizləşdirilib.


Müdafiə Nazirliyindən Pravda.az-a verilən məlumata görə, erməni diversiya qruplarının Kəlbəcər rayonu ərazisində basdırdığı növbəti 118 ədəd PMN-Э tipli piyada əleyhinə və 4 ədəd TM-62M tipli tank əleyhinə mina, həmçinin Daşkəsən rayonu ərazisində 108 ədəd PMN-Э tipli piyada əleyhinə mina aşkar olunub.


Aşkar edilən bütün minalar mühəndis-istehkamçılarımız tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Tarix: 5 Oktyabr 2022, 17:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin