BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: “Müəllim də bir vətəndaşdır, o da seçkidə şəffaf şəkildə səsini verir”

“Müəllim adı ilə seçki saxtakarlığının, ümumiyyətlə, seçkilərin bununla nə əlaqəsi olduğunu bilmirəm. Müəllim də bir vətəndaşdır, o da şəffaf şəkildə səsini verir. Azərbaycan demokratik, hüquqi bir dövlətdir. Hər bir vətəndaşın seçmək və seçilmək hüququ var. Seçkilərdə hər bir vətəndaş iştirak edir. Azərbaycanda seçkilər demokratik, şəffaf şəraitdə keçirilir, heç bir saxtakarlığa da yol verilmir. Bunu tək biz demirik…”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva deyib.

 

Deputat bildirib ki, seçkilər keçirilən zaman xarici dövlətlərdən, beynəlxalq təşkilatlardan da müşahidəçi qismində dəvət olunurlar: “Onlar da seçkiləri izləyirlər, bu günə qədər gəldikləri qənaət bu olub ki, Azərbaycanda seçkilər daim şəffaf, demokratik şəraitdə aparılıb".

 

Aytəkin Qardaşova

Tarix: 5 Oktyabr 2022, 18:08   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin