BURADA REKLAMINIZ OLA
BİLƏR

Kitabxanalara işə qəbul qaydaları belə olacaq

“Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır”.

 

Pravda.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşündə deyib.

 

“Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək".

 

Nazir bildirdi ki, artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub:

 

“Sizlər bu prosesin ilk iştirakçılarınız. Əminəm ki, qazandığınız nəzəri təcrübə, əldə etdiyiniz bilik və peşə hazırlığınız vasitəsilə ölkədə kitabxana sahəsinin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bəziləriniz karyeranıza regionlarda, bəziləriniz isə Bakı şəhərində başlamaq arzusunda olduğunuzu ifadə etmisiniz. Qısa zamanda sizin işlə təmin olunma məsələniz həllini tapacaq”, - deyə nazir qeyd edib.

 


Tarix: 5 Oktyabr 2022, 21:04   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin