BURADA REKLAMINIZ OLA
BİLƏR

Duru yağlar kəskin bahalaşıb - VİDEO

Duru yağların qiymətində kəskin bahalaşma var.

 

Satıcı Anar Əliyev deyib ki, qiymət artımı əvvəllər daha az hiss olunurdu və qiymət fərqi 6 aydan bir yaranırdı. Son iki ayda isə qiymətlərdə 2, hətta 3 dəfə artım müşahidə olunur. Bu da alıcı sayına təsir edir.

 

Satıcılar deyirlər ki, həftədə bir dəfə mağazaya duru yağ məhsulu qəbul olunur və  hər dəfə də qiymət 1 manata yaxın qalxır.

 

Satıcılar və alıcılar kəskin qiymət artımlarını Rusiya-Ukrayna müharibəsi ilə əlaqələndirirlər.

 

Tarix: 6 Oktyabr 2022, 07:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin