BURADA REKLAMINIZ OLA
BİLƏR

Baş Prokurorluq: Azərbaycan əsir götürülmüş 164 ermənini və 1 713 meyiti qarşı tərəfə təhvil verib

"Azərbaycan Vətən müharibəsində əsir götürülmüş 164 ermənini və 1 713 meyiti qarşı tərəfə təhvil verib".

 

Bunu Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi, kiçik ədliyyə müşaviri İlqar Səfərov Ermənistanın silahlı qüvvələri və qanunsuz erməni silahlı birləşmələri tərəfindən 1988-ci ildən bu günədək Azərbaycana qarşı törədilmiş cinayətlərə dair Baş Prokurorluq və Xarici İşlər Nazirliyinin birgə brifinqdə çıxışı zamanı deyib.

 

"44 gün davam edən vətən müharibəsi dövründə 6 hərbçimiz itkin düşüb. 27 sentyabr 2020-ci il tarixdən 2022-ci ilin sentyabr ayına qədər əsir götürülmüş 164 şəxs və 1713 meyit erməni tərəfinə təhvil verilib", - o vurğulayıb.

Tarix: 6 Oktyabr 2022, 12:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin