BURADA REKLAMINIZ OLA
BİLƏR

"Sürücü də deyir ki, “Bolt” keçib fırıldağa"

Aktrisa Mətanət Eres Bakıda fəaliyyət göstərən “Bolt” taksi şirkətindən şikayətçidir.


Pravda.az xəbər verir ki, bu barədə o, paylaşım edib.


Sənətçi bildirib ki, gedişhaqqı 3 manat 37 qəpik göstərildiyi halda şirkət onun kart hesabından 5 manat 90 qəpik məbləğində vəsait çıxıb: “3,37 hara, 5,90 hara! Camaatı niyə bu qədər aldadırlar? Haram yeyərək hara qədər gedəcəklər? Sürücüyə demişəm, o da deyir ki, “Bolt” keçib fırıldağa”.


Aktrisa şirkətin Azərbaycandakı nümayəndəliyinə gedəcəyini bildirib: ““Bolt”un yiyəsinin kim olduğunu bilmirəm, amma bilirəm ki, yedikləri haram tikə bir gün burunlarından gələcək. Hərəmizdən 1,90 manat oğurlasalar hara gedib çıxır?... Camaatı talamaqdan əl çəkin”.  

Tarix: 6 Oktyabr 2022, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin