BURADA REKLAMINIZ OLA
BİLƏR

BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB-in xəstəxanalarında ödənişli xidmətlərin siyahısı və tarifləri təsdiqləndi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələrində əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin və sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiqlənib.

 

Bu barədə Pravda.az-a TƏBİB-dən məlumat verilib.

 

Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib. Tibbi xidmətlərlə bağlı vahid tarif siyahıları ödənişli əsaslarla göstərilən tibbi xidmətlər üzrə hesabatlılığı və şəffaflığı təmin edəcək.

 

Siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

 

Məlumat üçün bildirək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan 2 550 sayda tibbi xidmətdən bütün ölkə vətəndaşları ödənişsiz şəkildə istifadə edə bilərlər. Bunun üçün vətəndaşların TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə şəxsiyyət vəsiqəsi ilə müraciət etmələri kifayətdir.

Tarix: 6 Oktyabr 2022, 15:33   
-->
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin