BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputatın şirkətinə protokol tərtib edildi

"Azerimed" QSC barəsində  cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 496.1-ci (Malların saxlanca qoyulması və saxlanc qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Mətbuatda "Azerimed" QSC Milli Məclisin deputatı Kəmaləddin Qafarovun ən böyük dərman şirkəti olduğu barədə məlumatlar yayılıb.

 

Kamal Məmmədov

Tarix: 7 Oktyabr 2022, 07:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin