Reklam

"Nar" şirkəti qanunsuz sahibkarlığa görə yenidən cərimələndi

“Azerfon” MMC barəsində (“Nar” ticarət nişanı) yenidən cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 398-ci (Qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Babək Pənahovun icraatına verilib.

 

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

 

Qeyd: Daha əvvəl “Azerfon” MMC-yə eyni xətai ilə cərimə protokolu yazılmışdı. İş Nərimanov Rayon Məhkəməsində araşdırılıb.

 

Kamal Məmmədov

Tarix: 7 Oktyabr 2022, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin