Reklam

Dövlət Sığorta Kommersiya şirkəti cərimələndi

Azərbaycan Dövlət Sığorta Kommersiya şirkəti barəsində cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsi ilə inzibati protokollar tərtib edilib.

 

Daha sonra protokollar baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Azər Tağıyevin icraatına verilib.

 

Məhkəmə iclası oktyabrın 11-nə təyin edilib.

 

Kamal Məmmədov

Tarix: 7 Oktyabr 2022, 10:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin