BURADA REKLAMINIZ OLA
BİLƏR

İstintaq İdarəsinin rəisi: "İstintaqın gedişinə hər hansı dövlətin, beynəlxalq təşkilatın bəyanatı təsir göstərə bilməz"

"Azərbaycan hərbçilərinin təhqiredici hərəkətlərə yol verilməsi barədə hələ ki mənbəyi məlum olmayan videonu yayaraq bunu az qala Azərbaycan dövlətinin soyqırımı siyasəti kimi qələmə verdilər. Azərbaycan dövləti hüquqi dövlətdir. Yayılmış hər bir video ilə bağlı dərhal prokurorluq orqanları reaksiya bildirdi. Həmin faktlarla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə cinayət işi başlanılıb, faktlarla bağlı istintaq davam etdirilir. Əgər videoda iddia edildiyi kimi həmin hərbi qulluqçuların təqsiri sübut olunarsa, cinayət faktı olması öz təsdiqini taparsa, təbii ki, cinayət məsuliyyəti məsələsi həll oluna bilər. İstintaqın gedişinə hər hansı dövlətin, beynəlxalq təşkilatın bir bəyanatı təsir göstərə bilməz".

 

Pravda.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov deyib.

 

"Təsəvvür edin ki, cəmi bir neçə gün qabaq 2 oktyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının hərbi qulluqçuları tərəfindən törədildiyi iddia edilən görüntülərlə bağlı bir çox beynəlxalq təşkilatlar istintaqın nəticəsini gözləmədən Azərbaycan insanını, xalqını dinc yanaşı yaşanmayan xalq kimi qələmə verməyə çalışdılar. Halbuki bu dövlətin ərazisində Ermənistandan fərqli olaraq, 20-ə yaxın millətin nümayəndəsi, o cümlədən 120 min erməni əsilli şəxs yaşayır. Onların həm siyasi, həm sosial hüquqları da dövlətimiz tərəfindən Azərbaycan xalqı ilə bərabər şəkildə təmin olunur.  Ona görə də bu cür münasibət yolverilməzdir. Bunu qabardan beynəlxalq təşkilatlar, dövlətlər Azərbaycana qarşı törədilən cinayətlərin xronologiyasına nəzər salsınlar", — N. Əvəzov bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 10 Oktyabr 2022, 11:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin