BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 29 yaşlı kişi qətlə yetirildi

Bakıda 29 yaşlı kişi qətlə yetirilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.

 

Belə ki, 1993-cü il təvəllüdlü Çərkəz Ələsgərovun meyiti yol kənarında aşkar edilib.

 

Daha sonra əraziyə hüquq-mühafizə orqanları əməkdaşları cəlb edilib.

 

Araşdırma zamanı həmin şəxsin üzərində zorakılıq əlamətləri aşkarlanıb.

 

Məlum olub ki, Çərkəz Ələsgərov işdən çıxıb evə gedərkən sonuncu dəfə həyat yoladaşı ilə danışıb, maaşı aldığını və evə nə lazım olub-olmadığını soruşub. Həmin vaxt da avtomobildə başqa şəxslərin sərnişin qismində olduğu bildirilir.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 

Hazırda hadisənin kim tərəfindən törədildiyi şəxs və şəxslərin axtarışdırmaları davam etdirilir.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2022, 12:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin