BURADA REKLAMINIZ OLA
BİLƏR

Şamaxıda kişi qardaşı arvadı ilə yola getməyən həyat yoldaşını bıçaqladı

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Qəhrəman Habilovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o, 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, hadisə 28 may 2021-ci il tarixdə, saat 19:30 radələrində Şamaxı şəhərində qeydə alınıb.

 

Belə ki, Qəhrəman Habilov arvadı Fərqanə Habilova (ad, soyadı şərti) ilə ailədaxili münasibətlər zəminində mübahisə edib.

 

Daha sonra o, marketdən alaraq üzərində gəzdirdiyi bıçaqla 3 dəfə zərbə endirib. Xəstəxanaya çatdırılan qadına həkimlər vaxtında tibbi yardım göstərib və onun həyatını xilas etmək mümkün olub.

 

Qəhrəman Habilov ibtidai istintaqı zamanı verdiyi ifadəsində özünü təqsirli bilməyib.

 

O deyib ki, həyat yoldaşı Fərqanə ilə qardaşı arvadı Səkinə Habilova (ad, soyadı şərti) yola getməyib və dalaşıblar. Cinayət hadisəsinə də səbəb qadınların dava etməsi olub. Daha sonra Qəhrəman arvadını bıçaqlayıb.

 

Polis əməkdaşları tərəfindən saxlanılan Qəhrəman Habilovun barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 10 Oktyabr 2022, 13:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin