BURADA REKLAMINIZ OLA
BİLƏR

Cahangir Həsənli: "Media subyektləri əməkdaşına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdirlər"

“Şəxsin jurnalist kimi fəaliyyət göstərməsi üçün onun Media Reyestrinə daxil edilməsi imperativ xarakter daşımır. Başqa sözlə, bizim təqdim edəcəyimiz vəsiqə şəxsin jurnalist olduğunu təsdiqləmir, sadəcə, onun haqqında qanunla nəzərdə tutulan məlumatların Media Reyestrində olduğunu göstərir. Yəni bu vəsiqə rəsmi peşəkarlıq meyarı və ya digər vəsiqələri istisna edən sənəd kimi qəbul edilməməlidir”.

 

Pravda.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli APA-ya müsahibəsində deyib.

 

C.Həsənli bildirib ki, media subyektləri əməkdaşına öz redaksiya vəsiqələrini verməkdə sərbəstdirlər: “Bir sözlə, jurnalistlər Media Reyestrinə daxil edilmədən və müvafiq vəsiqəni almadan da fəaliyyətlərini maneəsiz, qanunla müəyyən edilmiş bütün müdafiə mexanizmlərindən istifadə etməklə həyata keçirə biləcəklər”.

Tarix: 11 Oktyabr 2022, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin