BURADA REKLAMINIZ OLA
BİLƏR

Jurnalist vəsiqəsinin etibarlılıq müddəti açıqlandı

“Jurnalist vəsiqəsinin etibarlılıq müddəti 3 ildir. Jurnalist vəsiqənin etibarlılıq müddəti bitdiyi gündən ən geci 3 iş günü müddətində həmin vəsiqəni Agentliyə təhvil verməklə yenidən jurnalist vəsiqəsinin alınması üçün müraciət etmək hüququna malikdir”.

 

Pravda.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli APA-ya müsahibəsində deyib.

 

C.Həsənli qeyd edib ki, jurnalist vəsiqəsindəki məlumatlar dəyişdikdə və ya jurnalist vəsiqəsi yararsız vəziyyətə düşdükdə, yaxud vəsiqədəki məlumatların səhv olduğu aşkar edildikdə jurnalist vəsiqəsinin dəyişdirilməsi üçün müraciət etməlidir: “Əmək müqaviləsinə xitam verilmiş jurnalist sonuncu iş günündə öz vəsiqəsini çalışdığı media subyektinə təhvil verməli, media subyekti isə həmin vəsiqəni Agentliyə təqdim etməlidir. Xidmət müqaviləsi ilə çalışan jurnalistlər Media Reyestrindən çıxarıldıqları gündən ən geci 3 iş günü müddətində jurnalist vəsiqəsini Agentliyə verməlidirlər”.

Tarix: 11 Oktyabr 2022, 16:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin