BURADA REKLAMINIZ OLA
BİLƏR

Avtobuslarda yer sayından artıq sərnişin daşınmasına icazə verilməyəcək - Operativ Qərargah

“Avtobuslarda yalnız yerlərin sayı qədər sərnişin götürülməsinə icazə veriləcək”.

Pravda.az-ın xəbərinə görə, bunu bu gün ölkədə xüsusi karantin rejimi elan edilməsi ilə bağlı keçirilən mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, avtobusda olan yerlərin sayından artıq sərnişin götürülməsinə qadağa qoyulacaq: “Eyni zamanda sərnişinlərin özlərindən də çox şey asılıdır. Sərnişinlər də məsuliyyətli olmalıdırlar”.

Tarix: 23 Mart 2020, 22:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin