BURADA REKLAMINIZ OLA
BİLƏR

AYB-nin qurultayının keçiriləcəyi yer və vaxt açıqlandı

Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII Qurultayı 26 oktyabr saat 10-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.

 

Pravda.az xəbər verir ki, bu barədə AYB məlumat yayıb.

 

Qeyd edilib ki, Azərbaycan Yazıçılar Birliyinin dəvətilə Qurultayda Türkiyə, Rusiya, Litva, İsrail, Pakistan, Gürcüstan, Almaniya, İraq, Belarus və İrandan iyirmidən çox qonaq iştirak edəcək. 26 oktyabr saat 9-da Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin və Azərbaycan yazıçılarının məzarı, daha sonra Şəhidlər Xiyabanı ziyarət ediləcək. Qurultay nümayəndlərinin siyahısı “Ədəbiyyat qəzeti”nin 22 oktyabr tarixli buraxılışında nəşr ediləcək.

Tarix: 13 Oktyabr 2022, 15:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin