BURADA REKLAMINIZ OLA
BİLƏR

Bilal Əliyev: “Avara, tərbiyəsiz insanlar sosial şəbəkələrdə oyun çıxarırlar”

“Tək “TikTok” yox, çox sayda sosial şəbəkənin olması vacibdir. Bu, ona görə lazımdır ki, insanlar bütün dünya ilə əlaqə saxlaya bilsinlər. Amma sosial şəbəkələrdən istifadə üçün qanun-qayda qoymaq lazımdır. İnsanlar şəxsiyyətini təsdiqləyən sənədləri ilə sosial şəbəkələrdə qeydiyyatdan keçməlidirlər. Məsələn, şəxsiyyət vəsiqəsi ola bilər”.

 

Pravda.az xəbər verir ki, bunu News24.az-a açıqlamasında Xalq artisti Bilal Əliyev deyib.

 

Sənətçi bildirib ki, ziyalı, ağıllı, özünə hörmət eləyən insanlar sosial şəbəkələrə girmir: “Çünki ədəbsiz insanların haqsız təhqirlərindən qorxurlar. Ağıllı, ziyalı insanlar “TikTok” və digər sosial şəbəkələrə girmədiklərinə görə avara, tərbiyəsiz insanlar “oyun çıxarmağa” başlayırlar. Ziyalı insanlar sosial şəbəkələrdə olsa, savadı olmayanlar nəsə yazanda onlara düzgün cavab verə bilərlər. Bu cür cavablardan sonra həmin insanlar tərbiyələrini düzəltməklə bağlı düşünə bilərlər”.

Tarix: 13 Oktyabr 2022, 17:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin