BURADA REKLAMINIZ OLA
BİLƏR

DYP sürücülərə müraciət etdi

Hava şəraiti bağlı Baş DYP İdarəsinin hərəkət iştirakçılarına müraciət edib.

 

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, oktyabr ayının 17-də ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq əsasən gecə və səhər saatlarında magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 300-800 m-dək məhdudlaşacağı ehtimalı var.

 

DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən Pravda.az-a verilən məlumata görə, xəbərdarlıqla əlaqədar avtomobil yollarında yarana biləcək qəzaların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edərək onlardan yola çıxarkən diqqətli olmağı və yol hərəkəti qaydalarına riayət etməyi xahiş edir.

 

 

Tarix: 16 Oktyabr 2022, 17:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin