BURADA REKLAMINIZ OLA
BİLƏR

"Nar"dan daha bir ŞİKAYƏT

Vətəndaşlar mütəmadi olaraq sosial şəbəkələrdə "Nar Mobile" mobil operatorundan şikayət edirlər.

 

Pravda.az xəbər verir ki, bu dəfəki şikayəti Etibar Allahverdiyev adlı istifadəçi sosial şəbəkədə paylaşıb.

 

Şikayətçi bildirib ki, "Nar" nömrəsinin balansında 7.68 AZN olduğu halda bir neçə saniyəlik interneti açdığına görə qəflətən balans 0.00 AZN olub: "Operatora zəng etdim. Mənə dedi ki, siz həmin balansın hamısını internetə xərcləmisiz. 7.68 AZN balansı internetə xərcləmək üçün mən gərək təxminən yarım saat internet işlədim. Operator heç cür fikrindən daşınmadı və mənə qəti şəkildə bildirdi ki, sistemdə sizin balansınızda olan məbləğin hamısının internetə sərf edildiyi göstərir. Dedim qazandığınız bu haram pullar burnunuzdan gəlsin!”.

Tarix: 25 Noyabr 2019, 21:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin