BURADA REKLAMINIZ OLA
BİLƏR

Araz Əlizadə: “Elçibəy bəzən çox səviyyəsiz danışırdı”

“Yevgeni Primakov demişdi ki, İsa Qəmbərdən başqa kimi istəyirsinizsə, həbs edin”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Araz Əlizadə SPACE televiziyasında yayımlanan “Sadə həqiqətlər” verilişində deyib.

 

“Primakov kim idi? KQB-nin mühüm əməkdaşlarından biri, kəşfiyyatçı idi. Rəhim Qazıyev tutuldu, Etibar Məmmədov da Moskva da həbs edildi. Sonra hamısı buraxıldı. Hamısı da deputat seçildilər. O zaman SSRİ-də ən güclü təşkilat hansı idi? Dövlət Təhlükəsizlik Komitəsi... Ümumiyyətlə, SSRİ məkanında separatçı qüvvələrin başında KQB dururdu. Çox təzadlı da görünsə...”.

 

A.Əlizadə Əbülfəz Elçibəyi tələbə vaxtından tandığını bildirib: “Şərqşünaslıq fakultəsinin müəllimi idi. Bəzən elə danışırdı ki, adam mətəəl qalırdı, çox səviyyəsiz danışırdı. İsa Qəmbər. 12 il ərzində bir dənə olsun elmi məqalə yaza bilməmişdi, səhərdən aşxama qədər tennis oynayırdı. Onlar qaçıb gedəndən sonra ölkənin büdcəsində 1 manat da pul yox idi. Sonralar xaricdən ayrılan pullarla mülklər aldılar. Əli Kərimlinin oğlu barlarda pul xərcləməkdən yorulub. Atası yazıq alın təri ilə pul qazanır, oğluna göndərir, o da ingilis zəhmətkeşlərini dolandırır. Xarici qüvvələrdən pul aldıqlarına görə onlara xidmət edirlər”.

Tarix: 25 Noyabr 2019, 21:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin