BURADA REKLAMINIZ OLA
BİLƏR

AMEA-nın yeni prezidentindən açıqlama

“Qarşımızda Akademiyanın nüfuzunu bərpa etmək, yenidən təşkilatlanmasını həyata keçirmək, dünya elminə inteqrasiya etmək kimi mühüm vəzifələr durur”.

 

Pravda.az xəbər verir ki, bunu AMEA-nın yeni prezidenti seçilən İsa Həbibbəyli jurnalistlərə açıqlamasında bildirib.

 

"Çalışacağıq ki, dövlətin dəstəyi ilə Azərbaycan elmini, elm və təhsil sahəsində inteqrasiyanı inkişaf etdirək, dünya elminin nailiyyətlərini ölkəmizə gətirək", - AMEA prezidenti qeyd edib.

 

Deputatlıq mandatına gəldikdə isə İ. Həbibbəyli qeyd edib ki, hazırda bu, müzakirə mövzusu deyil.

Tarix: 25 Oktyabr 2022, 14:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin