BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamaləddin Qafarova məxsus olduğu deyilən şirkət növbəti dəfə cərimələndi

Azərbaycanın tibbi tədarükçülərindən biri olan “Azəri Med” QSC barəsində daha bir cərimə protokolu yazılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 5-nə təyin edilib.

 

Qeyd: “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil olsa da, şirkətin Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir və bu barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aptek” kimi brendlər daxildir.

 

Kamal Məmmədov

Tarix: 26 Oktyabr 2022, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin