BURADA REKLAMINIZ OLA
BİLƏR

Tovuzda arvadını öldürən şəxsdən xəbər var

Tovuz rayonunda qətl törətməkdə təqsirləndirilən Nicat Əhmədovun cinayət işi üzrə ictidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

 

Qeyd: Hadisə bu il iyulun 13-də Tovuzun Əlibəyli kəndində qeydə alınıb. Belə ki, Əlibəyli kənd sakini, 1992-ci il təvəllüdlü Əhmədov Nicat həyat yoldaşı, 1998-ci il təvəllüdlü Əhmədova Nuranə Qafar qızının boğazını kəsərək qətlə yetirib. Daha sonra hadisəni törətməkdə şübhəli bilinən N.Əhmədov saxlanılıb. N.Əhmədova evdar qadın olub, əri isə gündəlik muzdlu işlərdə çalışıb. Cütlüyün üç övladı var.

 

Kamal Məmmədov

Tarix: 26 Oktyabr 2022, 08:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin