BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistanla yüz dəfə də müharibə etsək, qələbə qazanarıq, amma...”

“Ankarada söhbət etdiyimiz siyasətçilər və ekspertlər İran və Rusiyanın son zamanlar Azərbaycana artan təzyiqindən narahatlıqlarını bildirirlər. Çıxış yolu kimi Türkiyə-Azərbaycan ittifaqının daha da gücləndirilməsi mexanizmlərinin hərəkətə gətirilməsini göstərirlər. Əlbəttə, ortada müttəfiqliyi rəsmiləşdirən Şuşa bəyannaməsi var, sənədin müddəalarını sürətlə reallaşdırmaq lazımdır. Müdafiə naziri Zakir Həsənov İstanbuldadır, hərbi sərgidə iştirak edib, türkiyəli həmkarı Hulusi Akarla görüşüb, qardaş ölkədən yeni hərbi texnikalar alacağıq. İttifaqı gücləndirmək strategiyasını daha da irəli aparmağa ehtiyac var”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Elxan Şahinoğlu bildirib.

 

“Ermənistanla yüz dəfə də müharibə etsək, qələbə qazanarıq, ancaq qarşımızda Rusiya və İran kimi nə edəcəkləri bəlli olmayan dövlətlər olduğuna görə Türkiyə ilə birgə hərəkət etməliyik” – E.Şahinoğlu qeyd edib.

 

Kənan

Tarix: 25 Oktyabr 2022, 23:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin