BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə həbsdə olan qızıl alverçisi ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən İlahə Məmmədovanın barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, İ.Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədilə yalan danışaraq dörd nəfərə ümumilikdə 182 min manatlıq ziyan vurub.

 

İ.Məmmədova zərərçəkmiş Cümşüd Həsənovdan 89 min 750 manat, Svetlana Səmədovadan 48 min manat, Fariz Bədəlovdan 30 min manat, Fərhad Səfərlidən isə 15 min manat dəyərində qızıl-zinət əşyalarını aldadaraq ələ keçirib.

 

Məhkəmədə təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü qismən təqsirli bilib.

 

İ.Məmmədova ifadəsində qızıl-alış verişi ilə məşğul olduğunu, zərərçəkmiş şəxslərdən aldığı pulun bir qismini isə qeyri-rəsmi yaşadığı polis əməkdaşı Anar Səfərova verdiyini deyib.

 

Kamal Məmmədov

Tarix: 26 Oktyabr 2022, 08:31   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin