BURADA REKLAMINIZ OLA
BİLƏR

“İran şiə qardaşlarına xəyanət edərək erməni işğalçıları ilə əməkdaşlığa girib” – Fərhad Mehdiyev

“Azərbaycanla İran arasında münasibətlər başqa, yeni bir fazaya girib. Gərginlik artacaq və qarşıdurma Azərbaycanın xeyrinə nəticələnəcək”.

 

Pravda.az-ın xəbərinə görə, bunu politoloq Fərhad Mehdiyev bildirib.

 

F.Mehdiyev qeyd edib ki, Zəngəzur korridoru gerçəkləşəcək, Qafqazda Rusiyanın və İranın təsir sahəsindən tamamən çıxacaq: “Bu arada, ümid edirəm, cəmiyyətimizdə hər kəs yaxşı başa düşür ki, İranın maraqları ilə Azərbaycanın maraqları ziddir; bu səbəblə bundan sonra İran təəsübkeçliyini etməyəcəklərini gözləyirəm. İranı şiəliklə eyniləşdirmək olmaz, hazırda İran dövləti sözdə şiə qardaşlarına xəyanət edərək erməni işğalçıları ilə əməkdaşlığa girib. Bununla da İranın kitabını məmləkətimizdə uzun müddətlik bağlamaq lazımdır”.

 

Kənan

Tarix: 26 Oktyabr 2022, 09:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin