BURADA REKLAMINIZ OLA
BİLƏR

Novella Cəfəroğlu: “LGBT nümayənlərinin haqlarını tapdalamayaq, amma onları gələcəkdə nələrin gözlədiyini də deyək”

“Hüquq müdafiəçisi kimi deməliyəm ki, LGBT nümayəndələrinə toxunmayın, qoy yaşayırlar, yaşasınlar. Amma Azərbaycan qadını kimi mən çox narahatam. Qərbə yönəldiyimiz təqdirdə cinsi azlıqların daha da fəallaşıb-fəallaşmaması bizim təbliğatımızdan, gənclərlə maarifləndirici söhbətlər aparılmasından, televiziya kanallarımızın hansı kursu götürməsindən asılıdır. Qərbin hamısı mədəniyyəti bizdən götürüb. Açın, baxın, bütün tədqiqatlar, araşdırmalar da bunu sübut edir. Biz Qərbə istiqamətlənsək də, öz milli adət-ənənələrimizi saxlamalıyıq”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

 

“Demirəm ki, LGBT nümayəndlərini döysünlər, təhqir etsinlər. Yox. LGBT nümayəndələrinin haqlarını tapdalamayaq, amma onları gələcəkdə nələrin gözlədiyini də deyək - uşaqsız, ailəsiz qalacaqsınız bir küncdə, qohum-əqrəba hamısı sizdən uzaq duracaq. Onsuz da uzaq dururlar, qohumları onları qəbul etmir. Onlara başa salmaq lazımdır ki, genefond itəcək, dünyaya uşaq gətirə bilmirsiniz. Hüquq müdafiəçisi kimi başa düşürük, cinsi azlıqlara loyal münasibət bəsləyirik. Amma Azərbaycan əhalisinin çox hissəsi onlara loyal münasibət bəsləmir. Buna görə də cinsi azlıqlar üçün Azərbaycanda işləmək çətindir, çətin olacaq. Bunların hamısını - cinsi azlığın fəsadlarını, xəstəliklərini onlara açıb, demək lazımdır. Cəmiyyətdən asılıdır, cəmiyyət necə qəbul etsə, elə olacaq” - o qeyd edib.

 

Aytəkin Qardaşova

Tarix: 26 Oktyabr 2022, 13:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin