BURADA REKLAMINIZ OLA
BİLƏR

Arif Hacılının qardaşı Anarın müdafiəsinə qalxdı: “Azərbaycanın ən istedadlı qələm sahibidir”

Müsavat Partiyasının başqanı Arif Hacılının qardaşı, partiyanın Məclis üzvü Mustafa Hacıbəyli Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar Rzayevin müdafiəsinə qalxıb.

 

Pravda.az-ın xəbərinə görə, M.Hacıbəyli bildirib ki, Anar ictimai mövqeyindən asılı olmayaraq, çağdaş Azərbaycanın ən istedadlı qələm sahibidir.

 

M.Hacıbəylinin mövqeyi birmənalı qarşılanmayıb, onu tənqid edənlər də olub.

 

Qeyd edək ki, A.Rzayev AYB-nin oktyabrın 26-da keçirilən qurultayında növbəti dəfə sədr seçilib.

 

Kənan

Tarix: 27 Oktyabr 2022, 08:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin