BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə Xırdalanda borca görə qətl törədən şəxslərlə bağlı qərar çıxardı

Ali Məhkəmədə qətl və digər ağır cinayətlər törətməkdə təqsirləndirilən Xəyal Paşayev, Kənan Həsənov, Bilal Bayramov, Allahverdi Ruszpeykar və Məhəmməd Əhmədovun barələrindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakimi Tahir Kazımovun sədliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, hökm və ya qərar dəyişdirilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Paşayev 19 il, K.Həsənov 18 il, B.Bayramov 18 il, A.Ruszpeykar 13 il, M.Əhmədov isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Qeyd: Hadisə 2018-ci il Xırdalan şəhəri, 28-ci məhəllədə - bazarın yaxınlığında baş verib.

 

İnsident nəticəsində 1970-ci il təvəllüdlü Nəcəfov Valeh Ərzağa oğlu başından güllələnərək qətlə yetirilib. Digər şəxs - 1985-ci il təvəllüdlü, Qəbələ rayon sakini Paşayev Xəyal Oqtay oğluna odlu silahdan 3 atəş açılıb. O, qarın və qol nahiyələrindən yaralanıb. 1 saylı Kliniki Tibbi Mərkəzə aparılan X.Paşayev əməliyyat olunub və onun həyatını xilas etmək mümkün olub.

 

Daha sonra X.Paşayev, K.Həsənov, B.Bayramov, A.Ruszpeykar və M.Əhmədov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib.

Tarix: 27 Oktyabr 2022, 08:53   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin