BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda sərxoş kişi ofisin şüşələrini sındırdı, polislərə qeyri-etik sözlər dedi

Bakıda sərxoş kişi ofisin şüşələrini sındırıb, polisin qanuni tələbinə tabe olmayıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu ərazisində yerləşən ofislərinin birində qeydə alınıb.

 

Belə ki, 1990-cı il təvəllüdlü Qasım Qasımov (şərti) tanışı Məhəmməd Vəliyev (şərti) münaqişəsi olub. O, saat 21:00-da spirtli içki qəbul edərək həmin şəxsin ofisinin qarşısına gedib. Qasım şüşələrə zərbə endirərək ofisin şüşələrini sındırıb, içkili olduğu üçün uca səslə nalayiq ifadələr işlədib.

 

Bundan sonra Məhəmməd Vəliyev DİN-in “102 xidməti”nə müraciət edib. Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 43-cü Polis Bölməsinin (PB) əməkdaşları hadisə yerinə gəlib. Polislər Qasımı bölməyə aparmaq istəyib. Lakin o, içkili olduğu üçün bölməyə getməkdən imtina edib.

 

İnzibati xəta haqqında protokolda qeyd edilib ki, hadisədən sonra Qasım RPİ-nin 43-cü PB-nə gətirilib. O, bölmənin inzibati binasında olan zaman içkili olduğu üçün əməliyyat qrupunun üzvlərinə qarşı qeyri-etik sözlərdən istifadə edib. 

 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin  535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

 

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Qasım Qasımov inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 manat məbləğində inzibati cərimə edilib. O, məhkəmə iclas zalından dərhal həbsdən azad olunub.

 

Kamal Məmmədov

Tarix: 27 Oktyabr 2022, 08:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin