BURADA REKLAMINIZ OLA
BİLƏR

Çingiz Abdullayevdən yeni açıqlama: "Jurnalistlər məni təhqir edib"

Bu gün növbəti dəfə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilən Anar Rzayev və xalq yazıçısı Çingiz Abdullayevin jurnalistləri təhqir etdiyi bildirilir.


Pravda.az xəbər verir ki, məsələ ilə bağlı Kult.az-a açıqlama verən Anar sözlərinin bu cür qəbul edilməsinə qarşı çıxıb.


"Mən heç bir jurnalisti ilan adlandırmamışam. Belə bir şey olmayıb", - Anar deyib.


Çingiz Abdullayev isə onun jurnalistləri deyil, jurnalistlərin onu təhqir etdiyini bildirib:


"Əksinə, jurnalistlər məni təhqir edib. Qurultay artıq bitmişdi. Başladılar sual verməyə. Mən də onlara dedim ki, axmaq-axmaq suallar verməyin", - Abdullayev bildirib.


Qeyd edək ki, Çingiz Abdullayev qurultaya 203 min pul xərclənməsi haqda sual verən jurnalistə "sən utanıb ölmürsən" deyib. Anar isə “medianın zəhərini uda-uda” sözlərini işlədib.

Tarix: 26 Oktyabr 2022, 23:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin