BURADA REKLAMINIZ OLA
BİLƏR

Aqil Abbas: “Anar dövlət məmuru deyil ki deyələr, "bir dəfədən artıq olmaz""

“Azərbaycan Yazıçılar Birliyi dövlət təşkilatı deyil, Qeyri Hökümət Təşkilatıdır. Kimi istəyirlər, sədr seçə bilərlər”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

 

“Anar müəllim dövlət məmuru deyil ki deyələr, “bir dəfədən artıq olmaz”. Yazıçılar seçdi də. Özünüz də gördünüz. Hamı da səs verdi”, - deputat qeyd edib.

 

A.Abbas Xalq yazıçısı Çingiz Abdullayevin qurultaya ayrılan 203 min manatın nəyə xərcləndiyi barədə sual verən jurnalistlə yaşadığı qalmaqala isə belə münasibət bildirib: “Həmin görüntülərə baxmamışam. Baxmadığım şey haqqında söz deyə bilmərəm”.

 

Aytəkin Qardaşova

Tarix: 27 Oktyabr 2022, 11:55   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin