BURADA REKLAMINIZ OLA
BİLƏR

“Özünü bloqer Hüseyn Həsənovun qohumu kimi təqdim edib” - Şəhid Səbuhinin qardaşına qarşı DƏLƏDUZLUQ

“Şəhid Səbuhinin qardaşı Sənana qarşı fişinq halı olub. Xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib. Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb. Polis məsələni araşdırır. Lakin ehtimal edirəm ki, dələduzluq yenə də ölkə xaricindən baş verib və geri qayıtma ehtimal çox azdır”.

 

Pravda.az xəbər verir ki, bu barədə texnobloger Fərid Pərdəşunas məlumaat verib.

 

F.Pərdəşünas bildirib ki, dələduz özünü bloqer Hüseyn Həsənovun qohumu kimi təqdim edib: “Sənanı aldatmaq üçün "Getcontact"da zəng etdiyi nömrəni "Quseyn Qasanovun Qoxumu" kimi qeyd edib. Cəmiyyətin kiber maarifləndirilməsi daha geniş şəkildə aparılmalıdır. Media bu məsələyə daha çox dəstək olmalıdır”.

 

Kənan

Tarix: 27 Oktyabr 2022, 15:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin